GASTROÇELİK

Haqqımızda

Haqqımızda

İctimai iaşə sahəsində çalışanların öz işlərinin arzuladıqları konsepsiyaya və menyuya uyğun qurulmasında, standartların həyata keçirilməsində, müştərilərin istəklərinin tam qarşılanmasında üzləşdikləri ən böyük maneə avadanlıq və inventar çatışmazlığı olmuşdur. İctimai iaşə sahəsində çoxillik təcrübəmizə, mövcud texniki bazamıza və kadr potensialımıza arxalanaraq, bu çətin problemin həllinin vacibliyini və incəliyini dərk edərək Gastroçelik ilə xidmətinizə gəldik. 2000-ci ildən fəaliyyətə başlayaraq Avropa təcrübəsini tətbiq edən və ölkə ərazisindəki ictimai iaşə və ticarət müəssisələrini yüksək səviyyədə təchiz edən ilk şirkətlər arasındayıq.
Bu gün Gastroçelik mətbəx və yeməkxanaları, supermarketləri, camaşırxana və kimyəvi təmizləmə, şirniyyat və çörək emalı sahələrini, qida emalı sahələrini, mehmanxana komplekslərini, fərqli formatda mağazaların qurulmasında ən dinamik inkişaf edən brendlərdən biridir.
Burada Sizə ağır və yalnız istehsal prosesində istifadə olunan avadanlıqlarla yanaşı, sağlam, rahat və təhlükəsiz qidalanmanı təmin edən kiçik və xırda avadanlıqlar, alətlər və qablar və digər inventarlar da təklif olunur.
Təklif etdiyimiz “açar təhvil” konsepsiyası planlarınızın həyata keçirilməsini asanlaşdıracaq, investisiyalarınızı daha təminatlı edəcək. Konseptlərə uyğun olaraq, sənaye mətbəxlərinin, kafe və restoranların, otel və istirahət zonalarında qidalanma sahələrinin qurulması kompleks şəkildə həyata keçirilir və bunun üçün biz aşağıdakı xidmətləri təklif edirik:
Konsepsiyanın müəyyənləşdirilməsi

  • Layihələndirmə
  • Çatdırılma
  • Quraşdırılma
  • İşə salma və təhvil vermə
  • İşçilərin təlimatlandırılması
  • Təhvildən sonrakı dəstək
  • Brendin adının qorunması
  • İşimizin effektivliyi

Müştərilərimizlə 25 ildən artıq çalışdığımız müddətdə yüzlərlə layihəni icra etmişik.
Əsas vəzifəmiz Sizin müəssisənizi mənfəətli və uğurlu etməkdir.